Əlaqə Arxiv
news Image
2014.02.01
14:50
| A A A
Bakı Metropoliteni modernləşəcək

Fransanın "Thales" şirkəti Bakı Metropoliteninin 5 stansiyasında avadanlığın modernləşdirilməsini həyata keçirəcək. Bunu Parisdə jurnalistlərə "Thales" şirkətinin Rusiya və MDB ölkələrində təhlükəsizlik və nəqliyyat sahəsində biznesin inkişafı üzrə direktoru Sergey Romanets deyib.

Onun sözlərinə görə, Azərbaycan, o cümlədən sürətli inkişaf tendensiyasını nümayiş etdirən Bakı Metropoliteni onlar üçün çox önəmli istiqamətdir: "Thales"in onlarla iş üzrə böyük planları var".

S.Romanets qeyd edib ki, şirkət artıq bu istiqamətdə işlər görüb: "Belə ki, 2012-ci ildə ilkin layihələndirmə işləri həyata keçirilib. Layihədə Bakı Metropolitenindəki mövcud təxliyyə qaydaları təhlil edilib".

İşlər 5 stansiyada - "Nizami" stansiyasından "Memar Əcəmi" stansiyasınadək, həmçinin yeni "Dərnəgül" deposunda aparılıb.

Şirkər adıçəkilən stansiyalarda mövcud rele avadanlığını müasir mərkəzləşdirilmiş mikroprosessorla əvəz etmək niyyətindədir. Ümumilikdə 5 stansiyada modernləşdirmə işləri 12-18 ay davam edə bilər.

S.Romanets deyib: "Biz artıq reallaşdırma mərhələsinə, yəni yeni avadanlığın tətbiqinə hazırıq. Hazırda büdcənin təsdiq olunmasını gözləyirik. Depoda yeni elektron avadanlığın quraşdırılması üzrə işlərin başlanılması bu il gözlənilir".

"Thales" şirkəti planlaşdırılan işlər çərçivəsində Bakı metrosunun tikilən "bənövşəyi xətt"inin stansiyalarında yeni CBTC (qatarların hərəkətinə nəzarət sistemi) sistemini tətbiq etmək niyyətindədir. CBTC-nin quraşdırılması çərçivəsində ilkin layihələndirməni də həyata keçirmək lazımdır.

Onun sözlərinə görə, bu məsələ üzrə artıq razılaşma əldə olunub, müqavilələrin imzalanması gözlənilir.

Qeyd edək ki, "Thales" şirkəti aviasiya-kosmik, müdafiə və nəqliyyat texnologiyaları bazarlarında, eləcə də təhlükəsizliyin təmi edilməsi üzrə həllər sahəsində dünya lideridir. Şirkətin 65 ölkədə nümayəndəliyi var.

Sizin Reklam Yeriniz