Əlaqə Arxiv
news Image
2014.02.02
12:09
| A A A
Şəkidə Ticarət Mərkəzi yanıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən ümumi sahəsi 2125 kv/m olan ticarət mərkəzində baş verən yanğının söndürülməsinə Qax, Qəbələ, Oğuz və Mingəçevirdən də yanğınsöndürənlər cəlb edilib.

Yanğın nəticəsində ticarət mərkəzinin 1200 kv/m sahəsi içərisindəki əşyalarla birgə yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.


Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Sizin Reklam Yeriniz