Əlaqə Arxiv
news Image
2014.02.02
21:09
| A A A
Facebook-un gəlirləri artır

Emarketer şirkətinin proqnozlarına əsasən, 2015-ci ilədək Facebook şirkəti rəqəmli reklam bazarının 9%-nə sahiblənəcək

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook son rüb üzrə hesab verib: resursun səhifələrində mobil reklam satışlarının artması nəticəsində gözləntilərdən yuxarı nəticə göstərib. 


Hesabat rübündə Facebook şəbəkəsində mobil reklamların satış həcmi ilk dəfə fərdi kompüter üçün reklam satışlarının həcmini ötüb.


2013-cü ilin son rübündə Facebookun mədaxili 63% artaraq 2,59 milyard dollar olub, şirkətin əməliyyat gəliri 1 səhm üçün 31 sent təşkil edib. İnternet istifadəçilərinin təxminən 50%-nin qeydiyyatdan keçdiyi Facebook sosial şəbəkəsi ötən rübdə reklam sahəsində böyük üstünlük göstərib: mobil reklam kampaniyalarından əldə olunan gəlirin həcmi 1,25 milyard dollar təşkil edib ki, bu da ümumi reklam gəlirinin 53%-ni təşkil edib.


İnvestorlar ümumilikdə şirkətin rüblük məlumatlarını müsbət qəbul ediblər.


Şirkətin mənfəəti 8 dəfə artaraq 523 milyon dollar olub, halbuki bir il əvvəl bu göstərici 64 milyon dollar təşkil etmişdi.


Emarketer şirkətinin proqnozlarına əsasən, 2015-ci ilədək Facebook şirkəti rəqəmli reklam bazarının 9%-nə sahiblənəcək.

Sizin Reklam Yeriniz