Əlaqə Arxiv
news Image
2014.02.03
10:42
| A A A
Mövqelərimiz yenə atəşə tutuldu

Ermənilər dünən və bu gecə Füzuli, Tərtər və Xocavənd rayonunun kəndləri yaxınlığında yerləşən mövqelərdən mövqelərimizi atəşə tutublar

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilər dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Düşmən cavab atəşi ilə susdurulub.


Sizin Reklam Yeriniz