Əlaqə Arxiv
news Image
2014.02.03
12:02
| A A A
Millət vəkilinin yaxını qarda donaraq faciəli şəkildə dünyasını dəyişdi-Eksklüziv
Paytaxtda bir neçə yerdə sığınacaqlar təşkil olunsa da, qarlı qış gecələrində soyuqdan donaraq dünyasını dəyişənlər də az olmadı. Movqe.az-a eksklüziv olaraq daxil olan məlumata görə, iki gün öncə Azərbaycanın millət vəkili Zahid Orucun yaxını da qarlı-şaxtalı havada faciəli şəkildə dünyasını dəyişib. Millət vəkilinin 42 yaşlı yaxını gecə işdən çıxaraq evə gələrkən buz üstə sürüşərək huşunu itirib. Köməksiz vəziyyətdə səhərə qədər buzun üstündə qalan həmin şəxs donaraq ölüb. Millət vəkili ötən bazar günü yaxınının yas məclisində iştirak edib. Movqe.az-a daxil olan məlumata görə, həmin şəxs Heydər Əliyev adına Hava Limanında çalışırmış. Allah rəhmət eləsin! Movqe.az məlumatı dəqiqləşdirmək üçün Zahid Oricla da əlaqə saxlayıb. Millət vəkili xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib. Eyni zamanda dünyasını dəyişən şəxsin ona yaxın insan olduğunu və ötən bazar yas mərasiminə qatıldığını da təsdiqləyib. 
Sizin Reklam Yeriniz