Əlaqə Arxiv
news Image
2014.02.03
12:52
| A A A
4411 nəfərin adı “Şagird-məzun” sistemində təsdiqlənib

Dekabrın 1-dən yanvarın 31-dək peşə liseyləri əlaqələndiriciləri tərəfindən şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin "Şagird-məzun" sisteminə əlavə edilərək təsdiqlənməsi mərhələsi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən xəbərə görə, peşə liseyləri üzrə 4411 buraxılış sinif şagirdi haqqında məlumatlar "Şagird-məzun" sisteminə daxil edilərək təsdiq edilib. Bu da başa çatmış mərhələyə aid işlərin 100 faizini təşkil edir.

Sizin Reklam Yeriniz