Əlaqə Arxiv
news Image
2014.02.03
17:00
| A A A
Təcavüzkar məktəbə hücum etdi

Movqe.Az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada silahlı şəxs bir məktəbə hücum təşkil edərək tələbələri girov alıb. 


Silahlı təcavüzkar, Moskvadakı 263 nömrəli liseyə basqın təşkil edib və bir sinifdəki 20 şagird və müəllimləri girov alıb.

Təcavüzkarın hadisə yerinə gələn polisə atəş açması nəticəsində ilkin təyin etmələrə görə bir polis və  müəllim həlak olub. 


Rusiyanın paytaxtı Moskvada 9-cu  sinif şagirdi ( 15 yaşında ) Sergey Gordiyev 263 nömrəli məktəbə silahlı basqın reallaşdırıb. Polisin əməliyyat tənzimləməsi nəticəsində təcavüzkar təsirsiz hala gətirilib , coğrafiya müəllimi və bir polis təcavüzkarın açdığı atəş nəticəsində dünyasını dəyişib.


Adını Andrey olaraq təqdim edən bir şagird , "Müvəffəqiyyətli bir şagird idi. Dokuzuncı sinifi bitirdikdən sonra qızıl medal alacaqdı. Bundan ötəri yoldaşları ilə problemləri vardı. Yəqin yalnız Coğrafiya dərsindən ən yüksək balı "5" götürə bilmirdi. " məlumatını verib.


Məktəbə iki silahı ilə gələn Sergeyin "Coğrafiya müəllimini istəyirəm" deyərək qışqırdığı da iddia edilir.

Sizin Reklam Yeriniz