Əlaqə Arxiv
news Image
2014.02.03
18:09
| A A A
Gəncədə hərbi hissənin yataqxanasında güclü partlayış: 4 yaralı
Partlayış nəticəsində xəsarət alanlar bir azyaşlı olmaqla daha üç nəfər xəstəxanaya yerləşdirilib Bu gün saat 14:00 radələrində Gəncənin Məhsəti qəsəbəsində N saylı hərbi hissəsinin yataqxanasında güclü partlayış baş verib. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamdan olan məcburi köçkün Habil Baxşəliyevin məskunlaşdığı mənzildə qaz sızması nəticəsində baş verən partlayışdan sonra yanğın olub. Hadisə zamanı 4 nəfər ağır xəsarət alıb.

Hadisə nəticəsində yaralanan 26 yaşlı Könül Həsənova, 70 yaşlı Leyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırmalara başalnıb
Sizin Reklam Yeriniz