Kürdəmir Süd Kompleksində açıq qapı günü keçirilib.
"Azərsun Holding"dən Movqe.az-a verilən xəbərə görə, ölkəmizdə
günlük südün yeganə istehsalçısı olan kompleksdə günlük "Azərsüd"
markasının istehsal prosesi nümayiş olunub. Təzə süd məhsullarının
istehsal prosesini əyani şəkildə müşahidə etmək üçün media
nümayəndələri Kürdəmir Süd Kompleksində oldular.Süd istehsalı
kompleksinin istehsal sahələrini əyani şəkildə müşahidə edən KİV
nümayəndələri həmçinin zavodda istehsal olunan təzə süd, uzunömürlü
süd (UHT), pendir, qatıq, ayran və s. digər məhsul növləri haqqında
mütəxəssislər tərəfindən ətraflı məlumat alıblar. Media
nümayəndələri ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya
ilə də tanış olub burada istehsal olunan məhsulların son texnoloji
laborator şəraitdə işlənməsi və süfrələrə gələnə qədər keçdiyi
bütün prosesləri maraqla izləyiblər. Daha sonra südlük heyvanların
saxlandığı müasir anqar tipli tövlə və ferma ilə tanış olan
jurnalistlər burada yaradılan şəraitin son dərəcə müasir
texnologiyaya malik olduğunun şahidi olublar.Bildirilib ki, bu
layihənin əsas özəlliyi bəslənən heyvanların təbii şəraitdə,
torpaqla daim təmas halında yemlənməsi və nəticədə zəngin tərkibli
süd tədarük olunmasıdır. Kürdəmir süd emalı zavodunda istehsal
edilən bütün süd və süd məhsulları 100% inək südündən əldə edilir
və tamamilə təbiidir.Bununla yanaşı mütəxəssislər təkcə uşaqların
deyil, böyüklərin də sümük və əzələ möhkəmliyi üçün süd və süd
məhsullarından gündəlik olaraq istifadə edilməsini tövsiyyə
edirlər.Hər bir insan gündəlik olaraq kalsium və fosfor qəbul
etməlidir. Bunlar isə süd və süd məhsullarından əldə edilir.
UHT(Ultra High Tecnology) süd: olduqca bahalı texnologiya ilə
sterilizə edilərək (135C-də) gigyenik şəraitdə steril tetrapak
qutularda qablaşdırılaraq əldə edilən süd çeşididir.