Əlaqə Arxiv
news Image
2012.06.06
17:20
| A A A
Əfsanəvi qorxu filmi “Scream” serial olacaq

Movqe.Az "Hollywood Reporter"ə istinadən bildirir ki, MTV kanalıının prodüserləri daha əvvəl reallaşdırdıqları "Teen Wolf" serialından gördükləri böyük maraq nəticəsində, bu dəfə qorxu janrında olan "Qışqırıq" filminə serial çəkəcəklər.

Senarist axtarışını davam etdirən prodüserlər, qarabasma maskalı qatili nəhəng ekranlardan sonra televiziyalarda da bir əfsanə halına gətirməyə hazırlaşırlar.

1996-cı ildə Ues Kravenin rejissorluq etdiyi və Kevin Uilliamsonun ssenarisini yazdığı və bütün dünyada 173 milyon dollar qazanan filmdən sonra davamı çəkilən və 2011-ci ildə insanlara təqdim olunan 4-cü filmdə Kraven və Uilliamson yenidən birlikdə iş görüblər.

MTV prodüserləri yenidən Kevin Uilliamsomla işləmək niyyətindədirlər.

Sizin Reklam Yeriniz