Əlaqə Arxiv
news Image
2014.02.04
16:10
| A A A
Dubay həbsxanalarında 5 azərbaycanlı fahişə qadın saxlanılır
Mətanət Əzizova: "Dubayda fahişəliklə məşğul olanlar həbs olunduğundan, artıq azərbaycanlı fahişələr bu ölkəyə üz tutmağı risk hesab edirlər" Fahişəliklə məşğul olan 5 azərbaycanlı qadın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Dubayda həbsxanada saxlanılır. Bu məlumatı Movqe.az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, ona bu barədə məlumatı Amerikada insan alveri tədqiqatı ilə məşğul olan bir tədqiqatçı verib: "Həmin tədqiqatçı xanım Dubayda həbsxanada insan alveri ilə bağlı apardığı tədqiqat zamanı 5 azərbaycanlı qadınla rastlaşıb. Onlar həmin tədqiqatçıya azərbaycanlı olduqlarını, Dubayda fahişəliklə məşğul olarkən saxlanıldıqlarını söyləyiblər".

M. Əzizova artıq Dubayın azərbaycanlı fahişələr üçün təhlükə mənbəyinə çevrildiyini söyləyib. Onun sözlərinə görə, Dubayda fahişəliklə məşğul olanlar həbs olunduğundan, artıq azərbaycanlı fahişələr bu ölkəyə üz tutmağı risk hesab edirlər.

Sizin Reklam Yeriniz