Baş Prokurorluq silahlı insidentlə bağlı açıqlama yaydı
Baş Prokurorluq Bərdədə törədilən silahlı
insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən
Movqe.az-a verilən məlumata görə, fevralın 1-də saat 13:00
radələrində naməlum şəxs idarə etdiyi "VAZ 2106" markalı
avtomobillə Bərdə rayonunda "Avtomobil" bazarının yaxınlığında
yerləşən avtomobil yuma məntəqəsinə gələrək həmin məntəqənin
sahibi, 1948-ci il təvəllüdlü Vaqif Əzizovu qəsdən öldürmək
məqsədilə onun baş nahiyəsinə odlu silahdan 3 dəfə atəş açaraq
hadisə yerindən qaçıb. Nəticədə boyun nahiyəsindən güllə yarası
alan V. Əzizov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər tərəfindən V.Əzizovun vəziyyəti kafi qiymətləndirilir.
Rayon Prokurorluğunun əməkdaşları
tərəfindən hadisə yerinə baxış zamanı oradan "Makarov" tipli
tapançaya aid 2 ədəd güllə və 1 ədəd giliz aşkar edilərək maddi
sübut kimi götürülüb. Faktla bağlı
Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən
adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə
zəruri ekspertizalar təyin edilib.
Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1986-cı il təvəllüdlü, Bərdə şəhər sakini Xosrov Muradzadə tərəfindən qisas məqsədilə törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib. X.Muradzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, X. Muradzadənin cinayətdə istifadə etdiyi odlu silahın tapılması istiqamətində tədbirlər görülür.