Əlaqə Arxiv
news Image
2014.02.05
12:20
| A A A
Azərbaycan qatarlarında WİFİ quraşdırılacaq
Nadir Əzməmmədov: "Bu dəqiqələrdə qatarların içində WİFİ sisteminin necə qurulacağı ilə bağlı işlər görülür"

Dəmiryolu stansiyaları ilə yanaşı, hərəkətdə olan qatarlarda da internetə giriş pulsuz olacaq. Belə ki, Azərbaycan Dəmiryolları şəbəkəsində WİFİ sistemi qurulacaq. 


Bunu ANS PRESS-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov söyləyib. N. Əzməmmədov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı işlər görülür. Onun sözlərinə görə dəmiryolunun WİFİ-ilə təmin olunması üçün əvvəlcə Rusiya Dəmiryolları Sisteminə qoşulmaq lazımdır:


"WİFİ sistemi indi bütün küçələrdə,restoranlarda var. Gələcəkdə Azərbaycan Dəmiryolları da WİFİ sisteminə keçəcək. Bu sisteminə keçid Dəmiryolunun planında var. Bununla əlaqədar olaraq Dövlət Dəmir Yollarında bir sıra işlər görülür. Əvvəl biz Rusiya Dəmiryolları sisteminə qoşulmalıyıq. Daha sonra ölkədə olan dəmiryolu stansiyalarında WİFİ sisteminin qurulmasına başlanacaq".


Nadir Əzməmmədov hərəkətdə olan qartarlarda da WİFİ sisteminin qurulacağını sözlərinə əlavə edib: "Hərəkətdə olan qatarlarda WİFİ sisteminin qurulmasının mümkün olub-olmaması üzərində iş aparılır. Bu qəqiqə bu məsələnin üzərində iş gedir. Əgər dəmiryolu satansiyalarında WİFİ sistemi quraşdırılacaqsa, qatarlarda niyə olmasın ki?" 

Sizin Reklam Yeriniz