Əlaqə Arxiv
news Image
2014.02.05
13:30
| A A A
Nazir müavinindən açıqlama: Danışıq qiymətləri ucuzlaşacaq

"Azərbaycanda mobil nömrələrin daşınması sistemi  fəaliyyətə başlayıb. Artıq müraciətlər də var. Amma bəzi müraciətlər nömrələrin daşınması ilə bağlı deyil. Bəzi abonentlər bu sistemə başqa xidmətlər üçün müraciət edirlər". Movqe.az-ın xəbərinə görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov söyləyb. İ. Məmmədov bildirib ki, mobil nömrələrin daşınması sisteminin işə düşməsi ölkədə mobil rabitə tariflərinin ucuzlaşmasına xidmət edəcək: "Biz də mobil rabitə tariflərində ucuzlaşma gözləyirik. Mobil nömrələrin daşınması xidməti mobil rabitə bazarında rəqabət mühiti yaradacaq ki, bu mobil operatorların qiymətləri aşağı salması ilə nəticələnəcək".  

Sizin Reklam Yeriniz