Əlaqə Arxiv
news Image
2014.02.05
13:41
| A A A
Elektron imzalardan istifadə edənlərin sayı 50 min nəfəri keçib

Bu gün  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2013-cü ilin İnformasiya Texnologiyaları ili elan olunması ilə əlaqədar keçirilmiş fərdi yazı müsabiqəsinin qaliblərinin təqdimat mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ötən ilin rabitəçilər üçün əhəmiyyətli olduğunu söyləyib. Nazir müavini bildirib ki, bu müddət ərzində böyük əhəmiyyətə malik çoxsaylı tədbirlər görülüb: "Bildiyiniz kimi, ötən il ərzində ilk süni peykimiz orbitə çıxarıldı, Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrildi. Ötən il həm də, təxminən 1000 km uzunluğunda optik kabel çəkildi. Ölkə ərazisinin 98 faizi isə artıq rəqəmsal yayımla əhatə olunub, qalan ərazilər üzrə də iş aparılır. Elektron imzalardan istifadə edənlərin sayı 50 min nəfəri keçib. O da təqdirəlayiq haldır ki, ölkədə tam şəkildə vahid nömrələmə sisteminə keçirilib. Mobil telefonların qeydiyyat sisteminin yaradılması da, İKT ilinin növbəti uğurlarındandır. Bundan başqa ölkəmizdə mobil nömrələrin daşınması sisteminə də start verilib. Bu və digər tədbirlər insanlara daha yüksək xidmət göstərməyə imkan verir. İKT ilində önəmli tədbirlərdən biri də, KİVDF ilə birgə jurnalistlər arasında yazı müsabiqəsinin keçirilməsi ilə bağlı idi. Burada əsas məqsəd yaranan yeni xidmətlər barədə cəmiyyətin daha geniş şəkildə məlumatlandırılmasına xidmət edirdi".

Sizin Reklam Yeriniz