Əlaqə Arxiv
news Image
2014.02.05
16:46
| A A A
Azərbaycanlı qadınların daha çox fahişəliklə məşğul olduğu məkanlar-Eksklüziv
Mətanət Əzizova: "May-iyun aylarından etibarən Azərbaycandan Türkiyənin müxtəlif turizm məkanlarına çoxlu sayda fahişəliklə məşğul olan qadınlar yollanır" Türkiyənin turistik zonaları azərbaycanlı fahişə qadınlar üçün əsl biznes məkanı hesab olunur. Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, hazırda qış ayları olduğundan Türkiyədə fahişəliklə məşğul olan qadınların çoxu hazırda öz ölkəsindədir: C. Onların çoxu Türkiyənin müxtəlif ərazilərindəki turizm məkanlarına üz tuturlar. May-iyun aylarından etibarən Azərbaycandan Türkiyənin müxtəlif turizm məkanlarına çoxlu sayda fahişəliklə məşğul olan qadınlar yollanır.  Həmin məkanlara əcnəbilər daha çox gəldiyindən seks biznesin inkişafı üçün əlverişli mühit yaranır. Türkiyədə fahişəlik leqal olduğundan, yüngül həyat tərzini seçən azərbaycanlı qadınlar son vaxtlar əsasən bu ölkəni seçir".
Sizin Reklam Yeriniz