Səhiyyə Nazirliyindən 5 klinikaya XƏBƏRDARLIQ - SİYAHI
"Səhiyyə Nazirliyi 5 özəl klinikaya ciddi
xəbərdarlıq edib". Bunu Movqe.az-a açıqlamasında
nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
Nazirlik sözçüsü vurğulayıb ki, fəaliyyətində nöqsanlar aşkar
edildiyi üçün "Laçın", "HB Güvən", "Fin Azərbaycan", "Ava
Skandinaviya", "Hind" klinikalarına xəbərdarlıq olunub: "Nazirliyin
xəbərdarlığında klinikalara həmin qüsurları qısa bir vaxt ərzində
aradan qaldırılması da öz əksini tapıb".
"Nazirlik digər tibb müəssisələrində yoxlamalar aparacaqmı?"
sualına A. Qədirli belə cavab verib: "Səhiyyə Nazirliyi digər
qurumlarla birgə mütəmadi olaraq yoxlamalar aparır".