Əlaqə Arxiv
news Image
2014.02.05
18:53
| A A A
Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Cəlilabadda vətəndaşları qəbul edəcək. Movqe.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, fevralın 10-u saat 11:00-da nazir Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Sizin Reklam Yeriniz