Əlaqə Arxiv
news Image
2014.02.05
19:35
| A A A
87 yaşlı qadın yanaraq öldü

Şirvanda 5 mərtəbəli yataqxananın birinci mərtəbəsində yanğın hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün saat 17:40 radələrində Şirvan şəhəri Xəqani küçəsində yerləşən yataqxanada yanğın hadisəsi baş verib. Yanğın nəticəsində həmin yataqxanada məskunlaşan Füzuli rayon sakini, 1927-ci il təvəllüdlü Həsənova Ruhiyyə Əziz qızı aldığı yanıq xəsarətlərindən və tüstüdən boğulmadan ölüb. Yanğın nəticəsində 20 kv. metrə qədər ərazi yanıb. Yanğına Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin 2 avtoçəni cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğına yaşlı qadının alovla diqqətsiz davranışı səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz