Əlaqə Arxiv
news Image
2014.02.06
11:29
| A A A
Bakıda 10 mindən çox evin söküntüsünə başlandı-Eksklüziv-YENİLƏNİB
Yasamal RİH-də söküntü işlərinin aparılması ilə bağlı İşçi qrupu yaradılıb



Yenilənib18:30Bakı şəhərinin mərkəzinin müfəssəl planına uyun olaraq, hazırkı qış parkından Nərimanov prospektinə kimi olan ərazilər tamailə sökülərək yerinə park salınacq. Bunu Movqe.az-a  açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə, Mirzağa Əliyev küçəsindən - yəni Dövlət Dram Teatrının arxa hissəsindən başlayaraq, Təzəpir Məscidinə kimi olan ərazi tamamilə söküləcək. Təxminən 40 hektar ərazidə yeni standartlara uyğun park salınması nəzərdə tutulur. Eyni zamanda ikinci mərhələdə Nərimanov prospekti ətrafından Hüseyn Cavid bağına kimi olan ərazinin də sökülərək yenidən qurulması planlaşdırılır.

***
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda söküləcək evlərin sayını açıqlayıb. Movqe.az-a eksklüziv açıqlama verən BŞİH-nin aparatının rəis müavini Zülfəli İsmayılov bildirib ki, artıq müəyyənləşdirmə işlərinin bir qismi başa çatıb. Müfəssəl planda öz əksini tapan ərazilərdə söküntünün aparılması üçün Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyəti birgə iş aparır. Ərazilər ölçülür.  "Bu plana əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək. AZdrama-nın aşağı hissəsində məlum olduğu kimi söküntü işləri aparıldı və yeni park salındı. Artıq söküntü işlərinin aparılması üçün maliyyə ayrılıb. Bəzi ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur".

Movqe.az məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də işçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib. 

Qeyd edək ki, müfəssəl planda söküntünün Azdramanın yuxarısndan başlanılaraq H.Cavid bağınadək uzanacağı göstərilib

Sizin Reklam Yeriniz