Əlaqə Arxiv
news Image
2014.02.06
18:21
| A A A
Prokurorluq Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işindəki dəyişikliyə aydınlıq gətirib

Baş Prokurorluq Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işindəki dəyişikliyə aydınlıq gətirib.


Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, 30 avqust 2013-cü il tarixdə paytaxtın Suraxanı rayonu, H.Əliyev  prospektində Təhmin Verdiyevin idarə etdiyi BMW-X5 markalı 90 XV 780 qeydiyyat nişanlı avtomobilin piyada Günay Məmmədovanı vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma)  maddəsi ilə başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı T.Verdiyevin hərəkətlərində cinayət tərkibi olmadığından 28 yanvar 2014-cü il tarixdə iş üzrə icraata xitam verilib.

 

Mərhumun tanışı Rabil Rzayevin hərəkətlərində  həmin Məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması və sonuncunun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti üzrə rayon Prokurorluğuna göndərilib.

 

Hazırda Suraxanı Rayon Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir.

 

 

***

 

16.22

 

Bakı. Fuad Cəfərov - APA. Beş ay əvvəl Bakıda faciəli şəkildə dünyasını dəyişən Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.

 

Bu barədə APA-ya Suraxanı Rayon Prokurorluğundan bildirilib.

 

Məlumata görə, hadisə baş verəndən dərhal sonra Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) maddəsi ilə cinayət işi başlansa da, bir neçə gün əvvəl iş polisdən alınaraq prokurorluğa verilib və həmin maddə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, məlum hadisə ötən ilin avqustun 30-da Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi "BMW X-5″ markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb. Qəza baş verən zaman G. Məmmədovanın nişanlısı, polis serjantı Rabil Rzayev də hadisə yerində olub. Nişanlısı ilə dava edən G. Məmmədova onun maşınından düşərək yolu keçmək istəyərkən avtomobil vurması nəticəsində ölüb. 

 

Sizin Reklam Yeriniz