Rza Zərrab Kamal Kılıçdaroğlunu məhkəməyə verdi
Türkiyədə "17 dekabr" əməliyyatı çərçivəsində həbs olunan
azərbaycanlı iş adamı Rza Zərrab Cümhuriyyət Xalq Partiyasının
başqanı Kamal Kılıçdaroğlunu məhkəməyə verib. ANS PRESS-in Türkiyə
mətbuatına istinadən məlumatına görə, iş adamı partiya sədrinin
onun barəsində təhqir və iftira səsləndirdiyini əsas gətirərək 100
min lirəlik mənəvi təzminat tələb edir. Rza Zərrab vəkili vasitəsi
ilə məhkəməyə göndərdiyi iddianamədə qeyd edilib ki,
Kılıçdaroğlunun iş adamı barəsində dedikləri insan hüquqlarına,
əxlaqa və vicdana sığmır. Qeyd edək ki, Kamal Kılıçdaroğlu rüşvət
əməliyyatı çərçivəsində həbs edilən iş adamı Rza Zərrabın
həbsxanadan xəbər göndərdiyini bildirib: "Həbsdə olan İran əsilli
Zərrab var. Ona deyəcəklər ki, "sən danışma. Biz səni azad
edəcəyik". Çünki o, "Məni bir az da burada saxlasanız, hər şeyi
danışacam" deyərək xəbər göndərib. Onun danışmasını istəmirlər. Bir
müddətdən sonra o, azad olunacaq. Hələlik isə əmlakı üzərindəki
həbslər aradan qaldırılır".