Ərzaq bahalaşıb
2014-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz
bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri
0,9 faiz ucuzlaşıb. Movqe.az Dövlət Statsitika Komitəsinin saytına
istinadən verdiyi məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri
əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının
qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz
ucuzlaşıb.
Ay ərzində unun, toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, qarğıdalı yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub. Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadə də olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşıb, telefon üçün abunə haqqı tarifləri isə bahalaşıb.