Əlaqə Arxiv
news Image
2014.02.06
20:11
| A A A
48 yaşlı qadın öz mənzilində ölü tapılıb
Bakı şəhərinin Yasamal rayonunda 48 yaşlı Kəngərli Leyla Adil qızı yaşadığı mənzildə ölü tapılıb. Movqe.az xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Məlum olub ki, Bakı şəhərinin Yasamal rayonunda 1966-cı il təvəllüdlü Kəngərli Leyla Adil qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aydın olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olub və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizin döşəməsində hərəkətsiz vəziyyətdə aşkarlanıb.  Hadisə yerində çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində Leyla Kəngərlinin vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Sizin Reklam Yeriniz