Əlaqə Arxiv
news Image
2014.02.06
20:30
| A A A
Bakıda binanın uçulması faktı ilə bağlı iki nəfər həbs edildi
Bakıda söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Movqe.az-a bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Xəbər verildiyi kimi, yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçulması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı. Aparılmış istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina dağılmışdı. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçularaq dağıntıları yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər.
Sizin Reklam Yeriniz