Zakir Həsənov cəbhədə iclas keçirdi
Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə
Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən
məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı
Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə
Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik
komandirləri və qərargah rəisləri iştirak edib. Müdafiə nazirinin
rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata
keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə
sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti
məsələlər müzakirə edilib. Aparılan fəaliyyətlərlə bağlı birləşmə
komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və
Müdafiə naziri qısa zaman ərzində müdafiə zolağının
təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar
müvafiq tapşırıqlar verib.