Dəmiryol sərnişinlərinə şad xəbər
Bu ildən etibarən İsveçin "Bombardier" şirkəti Azərbaycan dəmir
yollarında Bakı-Böyük-Kəsik istiqamətində TRACECA xətti boyunca
rabitə və işarəvermə qurğularının yeni sistemə keçirilməsi
prosesinə başlayacaq. APA-nın məlumata görə, bunu "Azərbaycan Dəmir
Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun
sözlərinə görə, cəmiyyətin məqsədi 2015-ci ilin sonuna qədər bu
dəmir yolu hissəsinin hər iki istiqamətində işləri
yekunlaşdırmaqdır.Q.Nəzirov deyib ki, Azərbaycan dəmir yolları
yükdaşıma ilə bağlı stansiyaların fəaliyyətini də gücləndirilir:
"
Ötən il dəmir yolunda yükdaşımada lokomotivlərin istismarı ilə bağlı olan problemlər həll olunub. Ötən il Baltikyanı ölkələr və Ukraynanın müvafiq zavodlarında 10-a yaxın lokomotiv təmir olunub və artıq istismara verilib. Eyni zamanda, ötən il Çexiyada Azərbaycan dəmir yollarına məxsus 5 teplovoz təmir olunaraq, artıq istismara verilib. Əlavə olaraq, Azərbaycanda sərnişin təsərrüfatının yaxşılaşdırılması ilə əlaqədar xeyli iş görülüb. Belə ki, 80-ə yaxın sərnişin vaqonu Ukraynada və Rusiyada təmir olunaraq istismara verilib. Bununla bərabər, ötən il Şimal istiqamətində hərəkət edən bütün qatarların, Bakı-Rostov, Bakı-Xarkov qatarlarının tərkibi tamamilə dəyişdirilib, onlar yeni vaqonlarla əvəz edilib".
İdarənin rəis müavininin sözlərinə görə, eyni zamanda ölkə daxilində hərəkət edən qatarlar və Bakı-Tbilisi qatarında vaqonlar tamamilə dəyişdirilib: "2014-cü ilin sonuna qədər digər istiqamətlərdə də hərəkət edən sərnişin qatarlarının dəyişdirilməsinə nail olacağıq".