Əlaqə Arxiv
news Image
2014.02.07
15:58
| A A A
Həkimlərdən hava xəbərdarlığı

Son günlər səhhəti ilə bağlı şikayətlənənlərin sayı artıb. Paytaxt sakinləri havaların soymasının onların səhhətinə pis təsir etməsindən, mövcud hava şəraitinin virusların epidemiya halı almasına şərait yaratmasından gileylənirlər. Movqe.az  hava faktorunun sağlamlığa təsirini araşdırıb. "El Med" klinikasının həkim-terapevti Türkan Səmədova Movqe.az-a açıqlamasında bildirib ki, havaların soymasının insanların sağlamlığına təsiri danılmazdır: "Havaların son günlər soyması, şaxtalı hava şəraiti insan orqanizmində temperaturun aşağı düşməsi ilə nəticələnib. Orqanizmdə temperaturun aşağı düşməsi isə immun sisteminin zəifləməsinə,virusların daha çox baş qaldırmasına səbəb olur. İndiki hava şəraiti qış ayı üçün xarakterik olsa da, insanlar sağlamlıqlarına diqqəti birə-beş artırmalıdırlar. Qeyd edim ki, bu cür hava şəraiti daha çox immunteti zəif olan insanlarda kəskin respirator  xəstəliklərinin baş qaldırmasına gətirib çıxardır".
H
əkim-terpevt hava şəraiti ilə əlaqədar həm geyimə, həm də qidalanmaya diqqətin vacib olduğunu deyir: "İlk növbədə insanlar geyimlərinə diqqət göstərməlidirlər. Orqanizmin temperaturunun aşağı düşməməsi üçün qalıngeyinməlidirlər. İkinci isə qidalanmaya fikir verilməlidir. Meyvə-tərəvəz qəbulu hesabına orqanizmin immunteti yüksəldilməlidir".

Sizin Reklam Yeriniz