Əlaqə Arxiv
news Image
2014.02.07
19:34
| A A A
YAP-da yeni sədr müavini
Hüseyn Paşayev YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib

Azərbaycan YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının iclası keçirilib. Partiyadan verilən məlumata görə, YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev bildirib ki, Mətbuat və ictimai əlaqələr komissiyası Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasmın qərarı ilə yaradılıb. N.Xudiyev qeyd edib ki, komissiya Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Sonra YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub. YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib. Qeyd edək ki, komissiyanın üzvləri digər üzvləri YAP Siyasi Şurasının üzvləri - "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Milli Məclisin deputatı Mirkazım Kazımov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakı şəhər İcra Hakimiyyətində memar Sədrəddin Əkbərovdur. Komissiyanın ekspert qrupunun üzvləri isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.

Sizin Reklam Yeriniz