Elektron xidmətlərin ilk onluğu müəyyənləşdi
2014-ci ilin ilk elektron xidmətlər onluğu müəyyənləşib.
Movqe.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
(RİTN) saytına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin
"Diplom haqqında məlumatlar" elektron xidməti ilk dəfə "Elektron
hökumət" portalı vasitəsilə ən çox istifadə edilən elektron
xidmətlərin onluğuna düşüb. 01.01.2014 – 31.01.2014-cü il dövrü
ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə
olunan e-xidmətlərin siyahısında 10-cu yerdə qərarlaşan bu xidmətə
414 müraciət edilib. 2014-ci ilin ilk onluğunda yer alan digər
xidmət təchizatçıları Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi (RİTN), Dövlət Sosial Müdafiə Fondu (DSMF), Ədliyyə
Nazirliyi və Daxili İşlər Nazirliyidir. Belə ki, portal vasitəsilə
ilin ilk ayında ən çox istifadə edilən elektron xidmət "Telefon
nömrəsi üzrə axtarış" xidməti olub və xidmətdən 60821 dəfə istifadə
edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)
tərəfindən təqdim edilən bu xidmətin ardınca portalda birinci ay
ərzində ən çox istifadə olunan e-xidmətlərin siyahısında Dövlət
Sosial Müdafiə Fondu (DSMF) yer alır. Fondun bu dəfə "Sığortaedənin
uçot nömrəsinin öyrənilməsi" xidmətinə tələbat artıb ki, xidmətdən
istifadə məqsədilə də 4260 müraciət olub.
Siyahıda növbəti yerlər də Dövlət Sosial Müdafiə Fonduna məxsusdur. Fondun "Pensiya kalkulyatoru" xidmətinə 1597, "Pensiyaçıya məlumatların verilməsi" xidmətinə isə 1583 müraciət edilib. Portalda təqdim etdiyi elektron xidmətlərə görə fəallığı ilə seçilən DSMF-dən sonra "Elektron hökumət" istifadəçilərinin müraciət etdiyi növbəti xidmət Ədliyyə Nazirliyinə aiddir. Nazirliyin "Azərbaycan adları barədə məlumatın verilməsi" elektron xidmətinə bir ayda 870 dəfə müraciət edilib ki, bu xidmət də istifadəçi sayına görə siyahıda 5-ci yeri tutur. Daha əvvəlki siyahıda 7-ci yer almış bu xidmətin ardınca – 6-cı yerdə isə Daxili İşlər Nazirliyinin (DİN) "FİN-ə görə fərdi məlumatların axtarışı" xidməti gəlir ki, bu xidmət üzrə 1 ayda qeydə alınan müraciətlərin sayı da 746-dır. Onluqda növbəti yer də DİN-ə məxsusdur. Nazirliyin təqdim etdiyi "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" elektron xidmətinə cari ilin ilk ayında 652 müraciət edilib. Ötən siyahıda olduğu kimi, bu dəfə də 8-ci yerdə qərarlaşan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Vətəndaşın fərdi məlumatları barədə arayış" xidməti daha çox tələbat duyulan elektron xidmətlərin sırasına daxildir. Bu xidmət üzrə portala edilən müraciətlərin sayı 1 ay üzrə 625-ə çatıb. DSMF tərəfindən təqdim edilən "Sığortaolunanın onlayn uçota alınması" elektron xidməti də onluğun doqquzuncusudur. Bu xidmət üzrə edilən müraciətlərin sayı isə 604-dür. Beləliklə, "Ayın ən çox tələbat duyulan elektron xidmətlər siyahısı"nda cəmi 5 təchizatçının təqdim etdiyi xidmətlər yer alıb ki, bu da digər dövlət qurumları tərəfindən hələ də əhalinin tələbatına uyğun xidmətlərin təklif edilmədiyi anlamına gəlir. Qeyd edək ki, "Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 428 xidmətdən 249-u "Elektron hökumət" portalına inteqrasiya edilib. Bu müddət ərzində təxminən 820 mindən artıq xidmət elektron formada əhaliyə göstərilib.