Əlaqə Arxiv
news Image
2014.02.08
10:56
| A A A
Xaçmazda sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Gəndob – Yalama yolunun 25-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az APA-ya istinadən verdiyi xəbərə görə,  hadisə yolun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən 90 NC 385 dövlət nömrə nişanlı "Hundai" markalı sərnişin avtobusu hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.  Faktla bağlı araşdırma aparılır. 
Sizin Reklam Yeriniz