Əlaqə Arxiv
news Image
2014.02.08
21:23
| A A A
Deputatlarımız səfər gedir
Azərbaycan Milli Məclisinin üzvləri Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfərə gedir. Movqe.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Avronestin Enerji Komitəsinin sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, fevralın 11-də başlayacaq Avronestin üç komitəsinin iclası keçirləcək. Qurumun Enerji komitəsinin iclasında 2015-ci ildə Riqada keçirləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin növbəti sammitinə hazırlıqlar və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində enerji ehtiyatlarının səmərəli istifadəsi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri" mövzusunda məruzə dinləniləcək. "Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri" mövzusunda Avropa külək enerjisi Assosiyasının rəhbəri Sara Azau məruzə edəcək. İclasda həmçinin Enerji komitəsinin hesabatı dinləniləcək. Səfər fevralın 15-də başa çatacaq.
Sizin Reklam Yeriniz