Əlaqə Arxiv
news Image
2014.02.09
10:40
| A A A
Bakıda xaricilər dəm qazından zəhərləndi
Bakıda yaşayan Hindistan vətəndaşları dəm qazından zəhərlənib.  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Movqe.az-a verilən məlumata görə, Xutor qəsəbəsi Bəhlulzadə küçəsində yaşayan Hindistan vətəndaşları olan qadın və kişi gecə saatlarında dəm qazından zəhərlənib.  35-40 yaşarında olan hindistanlılar zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstələrin vəziyyətinin normallaşdığını bildirir.  Xatırladaq ki, bir neçə gün bundan öncə Yasamal rayonunun Hüseyn Cavid prospektində yaşayan Azərbaycan Tibb Universitetinin iki müəllimi də dəm qazından zəhərlənmə nəticəsində dünyalarını dəyişib.
Sizin Reklam Yeriniz