Əlaqə Arxiv
news Image
2014.02.09
20:53
| A A A
Soçi Olimpiadasının açılışına bileti olan 4 min insan gələ bilməyib

Ümumilikdə açılış mərasiminə olan biletlərin 92%-i satılıb

Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasiminə bilet alanların 10%-i və ya 4000-ə yaxın tamaşaçı gecəyə qatılmayıb. 


Bunu Soçi Olimpiadasının təşkilat komitəsinin mətbuat katibi Aleksandra Kosterina keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, şənbə günü axşam keçirilən açılış mərasiminə biletlərin təxminən 92%-i satılıb, onların isə yalnız 81%-nin sahibi mərasimə qatılıb. 


Kosterinanın sözlərinə görə, buna əsas səbəb rusiyalıların tədbirə son anda qatılmaq vərdişi olub ki, açılış mərasimi başlayanadək lazımi təhlükəsizlik tədbirləri görülmədiyindən bilet sahiblərinin hamısı gecəni izləyə bilməyib. Buna baxmayaraq, Soçi Olimpiadasının təşkilati komitəsi açılış mərasiminə satılan biletlərin 92% olmasını "yaxşı göstərici" adlandırıb.

Sizin Reklam Yeriniz