Əlaqə Arxiv
news Image
2014.02.10
12:17
| A A A
Məhkumun alt paltarından telefon çıxdı
Həbsxanada mobil telefon aparatı aşkar edilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Movqe.az-a verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.  Nəticədə etapla Qobustan həbsxanasına daxil olmuş İbrahim Rasim oğlu Novruzovun üzərinə baxış keçirilən zaman, alt paltarında gizlətdiyi və daxilində danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilib. 
Telefon xidmət əməkdaşları tərəfindən götürülüb. İ.Novruzov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. 
Sizin Reklam Yeriniz