Zəlzələ iki yaşayış binasını qəzalı vəziyyətə saldı
Bu gün baş verən zəlzələ zamanı Kürdəmir rayonunda
da yaşayış binalarına ziyan dəyib.APA-nın məlumatına görə
yer titrəyişi nəticəsində Kürdəmir rayon Peşə Liseyinin iki
beşmərtəbəli yataqxanası qəzalı vəziyyətə düşüb. Köhnə və uzun
illər təmir edilməyən binalar zəlzələdən sonra yaşayış üçün daha da
təhlükəli olub. Beş rayondan 170 məcburi köçkün ailəsinin yaşadığı
bu binaların divarlarında çatlar əmələ gəlib. Binalara rayon
fövqəladə hallar komissiyasının və Kürdəmir rayon İcra
Hakimiyyətinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə
şöbəsinin nümayəndələri baxış keçiriblər.