Əlaqə Arxiv
news Image
2014.02.11
10:02
| A A A
Bakıda yaşayış binasında yanğın olub, 30 nəfər təxliyyə edilib

Movqe.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 18 p.m və pilləkan qəfəslərində 72 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyyə edilib. Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00: 33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz