Əlaqə Arxiv
news Image
2014.02.11
11:03
| A A A
Suriya sülh danışıqları yenə nəticəsiz qaldı

Suriya rejimi və müxaliflər , Cenevrə -2in ikinci turuna BMT nümayəndəsi İbrahimi ilə ayrı-ayrlıqda görüşərək başlayıb. Suriya tərəfi hələ ilk gündən , "keçid hökuməti gündəmimizdə yoxdur" deyib. 


Movqe.Az xəbər verir ki, Suriyada təxminən üç ildir davam edən xalq qiyamı və vətəndaş müharibəsini sona çatdıracağı düşünülən Cenevrə -2 sülh danışıqlarının ikinci turu passiv başlayıb.


 İlk gün bir araya gəlmək əvəzinə , Birləşmiş Millətlər Təşkilatının və Ərəb Birliyi xüsusi nümayəndəsi Ahdar İbrahimi ilə ayrı-ayrılıqda görüşən heyətlər , daha sonra mətbuat konfransı təşkil edərək düşüncələrini bölüşüblər.


 Müxalifətin nümayəndələri Suriyadakı hücumlar davam edərkən sülhü danışıqlarının mümkün olmadığını deyib, bu vaxt Suriyadan da "keçid hökumətinə xeyir " şərhi gəlib. 



Sizin Reklam Yeriniz