Sürücülərin nəzərinə! Aİ 95 və 98 marka benzinlər satılmayacaq
"Azərbaycanda Aİ 95 və 98 marka benzinlərin satışı
və istehsalı dayanacaq". ANS
PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə
açıqlamasında deyib. O bildirib ki, artıq bununla bağlı hökümətə
müraciət də edilib: "Biz tələbatın
ödənilməsində yaranan çətinliklə əlaqədar hökümətə müraciət
etmişik. Aİ 98 və 95 marka benzinin azad satışı həyata keçiriləcək
ancaq biz əsas gücümüzü Aİ 92 marka benzinin istehsalına sərf
edəcəyik. Yəqin ki, bu məsələyə ölkədə baxılır. Qərar qəbul
edildikdən sonra biz yalnız 92 benzini istehsal
edəcəyik".