Əlaqə Arxiv
news Image
2014.02.11
19:50
| A A A
Azərbaycanda şagird məktəb direktorunu döyüb?
Hacıqabulun Qızılburun kənd orta məktəbində yuxarı sinif şagirdi məktəb direktorunu döyülməsi barədə məlumat yayılıb Hacıqabul rayonu, Qızılburun kəndində baş verdiyi deyilən hadisə ilə bağlı yeni açıqlama gəlib. 

Məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyəti təhsil şöbəsinin müdiri Şükür Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə heç bir fakt qeydə alınmayıb.

Sadəcə olaraq 2012-ci ilin dekabr ayında məktəb direktoru ilə orada işləyən ədəbiyyat müəlliminin qızı arasında insident yaşanmışdı. Həmin insident böyümüşdü və iş prokurorluğa qədər çatmışdı. Sonradan həmin şəxslər barışdılar və vəziyyət düzəldi.
"Lakin bu yaxınlarda belə bir hadisə baş verməyib", - deyə Şükür Məmmədov əlavə edib.

***17.12

Hacıqabul rayonu, Qızılburun kənd orta məktəbində yuxarı sinif şagirdi məktəb direktorunu döyüb. Bu barədə kənd məktəbindən ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə bildirilib.

Məsələ ilə bağlı orta məktəbdən ANS PRESS-ə verilən məlumata görə isə hadisə mübahisə nəticəsində baş verib. Məlumata görə, məktəb direktoru Nüsrət Rəhimov şagirdlərdən birini sinif yoldaşlarının yanında söyüb. Şagird isə buna dözməyib və ona əl qaldırıb. Nəticədə dava düşüb.

Deyilənlərə görə, həmin şagird direktorun uzaq qohumudur. Hadisə nəticəsində Nüsrət Rəhimov yüngülcə xəsarət alsa da, həkimə müraciət etməyib.

Hacıqabul rayon polis şöbəsindən ANS PRESS-ə bildirilib ki, bu barədə polisə heç bir məlumat daxil olmayıb.

Məsələni aydınlaşdırmaq üçün rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra Hakimiyyətindən ANS PRESS-ə məsələni araşdıracaqlarını və bu barədə ətraflı məlumat veriləcəyi barədə bildirilib.
Sizin Reklam Yeriniz