Cəbhədə bu gecə də atəşkəs pozuldu
Təmas xəttində yenidən atəşkəs pozulub. Nazirliyin
mətbuat xidmətindən Movqe.aza verilən məlumata görə, cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə
28 dəfə pozulub. Erməni silahlı
bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd
rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun
Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə
tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.