Bakıda avtomobil dayanacağı yandı
Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub
Bakı şəhərində avtomobil dayanacağındakı nəzarətçi köşkündə yanğın baş verib.
FHN-nin saytında verilən xəbərə görə, hadisə Nəsimi rayonunda olan avtomobil dayanacaqlarından birində baş verib.
Məlumata görə, dayanacaqda ümumi sahəsi 2 kv.m olan taxta konstruksiyadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.
Yaxınlııqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.