Əlaqə Arxiv
news Image
2014.02.12
11:45
| A A A
Torpaq Komitəsinin sədri bələdiyyələri ittiham etdi
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması faktından narahatdır.  Komitənin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması halları var: "Mən bunu mütəmadi olaraq deyirəm. Bəzən elə bələdiyyələr olur ki, hətta qonşu sahələrə sərəncam verir".
Q.Məmmədov deyib ki, bələdiyyədən sərəncam, möhürlü kağız almaq hüquqi sənəd demək deyil: "Sənəd o vaxt olur ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sona o, sənəd sayılır".
Sizin Reklam Yeriniz