Əlaqə Arxiv
news Image
2014.02.12
14:00
| A A A
Ölkəmizə 10 ildə 2 milyon turist gəlib

Son 10 il ərzində Azərbaycanda turizm sahəsində əldə olunan uğurlar açıqlanıb. APA-nın xəbərinə görə, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bu gün keçirilən tədbirdə çıxışı zamanı deyib ki, 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Onun sözlərinə görə, turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəlib. Turizm sahəsində çalışan işçilərin sayı 2678-dən 9.051-ə, ölkəyə gələn turistlərin sayı 767.500-dən 2 milyona çatıb. Analoji olaraq 2003-cü ildə turizm gəlirləri isə müvafiq olaraq 57,7$ milyon dollardan 2013-cü ildə 1479,0 milyon ABŞ dollarınadək yüksəlib. Bu irəliləyiş ilk növbədə turizm sahəsində dövlət siyasətinin, müvafiq iki dövlət proqramlarının uğurlu icrasının nəticəsində olub".

C.Cəfərov qeyd edib ki, Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edir. Bu uğurlu nəticənin özünü ölkənin beynəlxalq reytinqlərində də göstərdiyini deyən ATİ-nun rektoru bildirib ki, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb: "2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Azərbaycan bu göstəricilərlə, hətta bir çox Avropa Birliyi ölkələrini də geridə qoymağa nail olub"

Sizin Reklam Yeriniz