Əlaqə Arxiv
news Image
2014.02.12
17:45
| A A A
Gənclərimiz 33 ölkədə 544 ali təhsil müəssisəsində təhsil ala biləcəklər

2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil prioritet ixtisas istiqamətlərinin siyahısı təsdiq olunub. Bu barədə açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, yeni siyahı Azərbaycan prezidenti yanında Təhsil məsələləri üzrə Komissiya sədrinin 10 fevral 2014-cü tarixli sərəncamı təsdiqlənib. Yeni siyahıya əsasən 2014/2015-ci tədris ilin azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək hüququna malik olacaqlar. Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günədək 2612 gənc dünyanın aparıcı ali təhsil müəssisələrinlə təhsil almaq hüququ qazanıb, 600 gənc təhsilini başa çatdırıb. 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barədə müsbət qərar qəbul edilib. 

Sizin Reklam Yeriniz