Əlaqə Arxiv
news Image
2014.02.13
10:20
| A A A
Türkiyə ilə Bolqarıstan sərhədində gərginlik davam edir

Buna səbəb isə, rəsmi Ankara ilə Sofiya arasında hazırda müzakirə olunan bəzi ticarət müqavilələrinin şərtlərində hələlik tam razılığa gələ bilməməsi olub

Türk mətbuatında verilən məlumata görə, Türkiyə ilə Bolqarıstan sərhədlərində blokada vəziyyəti dəyişməz olaraq qalır. Artıq 3 gündür ki, hər iki tərəf yük avtomobillərinin ölkəyə daxil olmasına imkan vermir. Buna səbəb isə, rəsmi Ankara ilə Sofiya arasında hazırda müzakirə olunan bəzi ticarət müqavilələrinin şərtlərində hələlik tam razılığa gələ bilməməsi olub. 


Yük nəqliyyatı şirkətləri transit nəqliyyat kvotasını müəyyən edə bilməyib. Uzun müddətdir ki, davam edən müzakirələrin nəticəsiz qalması sonda sərhədlərin bağlanmasına səbəb olub. Gərgin vəziyyətlə əlaqədar sərhəddə düzülən yük avtomobillərinin yaratdığı karvanın uzunluğu 15 kilometrə çatıb. 


Digər yüngül avtomobillərin, həmçinin, avtobusların sərhəddə maneəsiz hərəkəti isə, yük avtomobili sürücülərinin etirazlarına səbəb olub. Sürücülər problem qısa müddət ərzində həll olunmayacağı təqdirdə yolları tamamilə bağlayacaqlarını bildiriblər.


Rəsmilər isə, məsələ ilə bağlı fevral ayının 21-ində müzakirələr aparacaqlar. Avropa Komissiyası hələlik müzakirələrə qarışmayacağını qeyd edib.

Sizin Reklam Yeriniz