Əlaqə Arxiv
news Image
2014.02.13
18:26
| A A A
Nabranda yaralanan 3 yaşlı İmranın ayağına protez qoyulub

Almaniyanın "Charite" Klinikalar Mərkəzinin uşaq cərrahiyə şöbəsində müalicə olunan 3 yaşlı İmran Cəfərzadənin ayağına protez qoyulub. Həkimlər balacanın yeriməsinə çalışırlar. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov azyaşlının vəziyyəti barədə APA TV-yə danışıb:"İmran Cəfərzadənin "Bavaria" reabilitasiya mərkəzində fizioterapiya kursları davam edir. Hazırda həkimlər İmranın müxtəlif sınaq protezlərin köməyilə yeriməsinə nail olmağa çalışırlar. İmranın dizdən aşağı qopmuş ayağının protez vasitəsilə hərəkətliyi təmin olunduqdan sonra onun ayağına fərdi qaydada uyğunlaşdırılmış protez qoyulacaq. İmran protezi tam mənimsədikdən sonra müalicəyə rəhbərliyi həyata keçirən "Charite" klinikası məqsədəuyğun hesab edərsə, o, Azərbaycana geri qayıda bilər. Hazırda isə həkimlər tərəfindən konkret vaxt söylənməyib. Onun qayıtmağı protezi mənimsəməyindən asılıdır".

 

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.  O,  bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

Sizin Reklam Yeriniz