“Azəriqaz”dan metrostansiya yaxınlığındakı partlayışa dair açıqlama
"Partlayış baş verən ərazidə Fövqəladə Hallar
Nazirliyi araşdırma aparır. İndi mən heç bir fikir söyləyə
bilmərəm. Araşdırmalar başa çatdıqdan sonra onlar öz rəylərini
bildirəcəklər. Mütəxəssislər tam araşdırıb rəsmi bildirəcəklər ki,
səbəb nədir. Partlayışın qaz xəttində yaranan problemdən
qaynaqlandığı ilkin rəydir. rəsmi deyil".
Qeyd edək ki, Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyası yaxınlığında - Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə baş vermiş bugünkü partlayış zamanı 3 nəfər xəsarət alıb. İlkin məlumatlara görə, partlayış qaz sızmasından baş verib. Həmin tikilinin zirzəmisində kafe fəaliyyət göstərib və hadisənin də ora gedən qaz xəttindən törəndiyi bildirilir.