Əlaqə Arxiv
news Image
2014.02.13
19:40
| A A A
“LUKoyl”dan partlayışla bağlı- Açıqlama
Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən "LUKoil" yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı "LUKoil" şirkəti komissiya yaradıb. 

Şirkətdən Modern.az-a verilən məlumata görə hazırda komissiya üzvləri hadisə yerində araşdırma aparır. Araşdırma bitəndən sonra hadisənin baş vermə səbəbləri araşdırılacaq. Qeyd edək ki, Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən "LUKoil" yanacaqdoldurma təmir işləri aparan zaman partlayış olub. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə  bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub: "Xətai rayonunda yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfərdə - Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib".Partlayış zamanı "Mitsubishi" markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.


Sizin Reklam Yeriniz