Əlaqə Arxiv
news Image
2014.02.14
13:15
| A A A
Qalib jurnalistlər mükafatlandırıldı

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanındaKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi " Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri elan olunub. "

Movqe.az xəbər verir ki, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki,"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçirilən müsabiqəyə ötən ilin noyabr ayının 6-dan dekabr ayının 16-dək yazılar qəbul olunub: "Müsabiqəyə ümumilikdə 45 jurnalist yazı təqdim edib. Yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər,3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilib. Bundan əlavə 13 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb".

"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"mövzusunda keçirilmiş müsabiqədə 1-ci yerə Səfərova Samirə Məmmədhənifə qızı ("Bakı xəbər" qəzetinin baş redaktor müavini ), 2-ci yerə Quluyeva Zülfiyyə Telman qızı ("Mövqe" qəzetinin müxbiri ), İsmayılov Nadir Nəbi oğlu ("Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru), 3-cü yerə Bayramov Vaqif Binyat oğlu ("Xalq" qəzetinin əməkdaşı), Namazov Elçin Sabir oğlu ("İki sahil" qəzetinin bölmə müdiri), Bayramova Zümrüd Ələddin qızı ("Səs" qəzetinin şöbə müdiri), həvəsləsləndirici mükafatlara isə Eminli Bəhlul Nuru oğlu "İqtisadiyyat və həyat" jurnalınınbaş redaktoru, Şahməmmədov Murad Məmmədşah oğlu ("Oxu məni" qəzetinin müxbiri), Kazımov Xalid Vahid oğlu ("Üç nöqtə" qəzetinin müxbiri), Vəliyev Fariz Əhməd oğlu ("Futbol+qol" qəzetinin baş redaktoru), Xəlilov Ruslan Qaçay oğlu ("Teleqraf.com" xəbər agentliyinin redaktoru) , Salahov Elxan İsa oğlu ("Həftə içi" qəzetinin redaktoru), Mustafayev Əziz Salam oğlu ("Zaman-Azərbaycan" qəzetinin), Əhmədov Yusup Seyid oğlu ("Paralel" qəzeti Baş redaktorun I müavini), Yusifova Dilşad Xaqani qızı ("Təhsil Problemləri" qəzetinin müxbiri), Hüseynova Pərvanə Rafiq qızı ("The Business Times" qəzetinin müxbiri), Miriyev Anar Barat oğlu ("Palitra" qəzetinin müxbiri), Yusifov Ramiz Ənvər oğlu ("Respublika" qəzetinin şöbə müdiri), Şahverdiyev Cavid Nadir oğlu ("Xalq Cəbhəsi" qəzetinin müxbiri) layiq görülüb.

Qaliblər Binəqədi Rayon İcra Hakimiyyətinin və KİVDF-nin xüsusi diplomu ilə təltif olunub,həvəsləndirici yerlərə layiq görülənlər ə isə təşəkkürnamələr təqdim olunub.



Sizin Reklam Yeriniz